Oğuz rayonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 47 illiyi və Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə geniş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Oğuz rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq Azərbaycanın memarı və qurucusu Dahi Lider Heydər Əliyevin hakimiyyətə gəlişi barədə danışıb.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və Yeni Azərbaycan partiyası Oğuz rayon təşkilatının yaranmasının 23 illiyi barədə geniş məlumat verib.
Yığıncaqda YAP Oğuz rayon təşkilatı qadınlar şurasının üzvü Təranə Zəkəriyyayeva və rayon təhsil şöbəsinin müdir müavini Nəsimi Zahidov Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu ildə respublikamızda hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu gün bu uğurlu siyasəti ölkə Prezidenti İlham Əliyevin böyük nailiyyətlərlə həyata keçirdiyini deyib.
Sonda tədbir iştirakçiları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
R.KAMALQIZI