PDF Oxu

Siyasət

  • 13

YAP Nizami rayon təşkilatı şurasının iclası keçirilib

YAP Nizami rayon təşkilatı şurasının iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı şurasının iclası keçirilib. Öncə iclas iştirakçıları 47 il əvvəl Azərbaycanda siyasi hakimiyyətə gəlmiş və müasir, müstəqil ölkəmizin qurucusu olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, 1992-ci ildə uçurum kənarında olan ölkəmizi, yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyini başa düşən bir qrup vətənpərvər şəxs öz azadlığı və hətta həyatı üçün yarana biləcək heç bir təhlükədən qorxmayaraq Naxçıvana yığışıb Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdı: "Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq böyük siyasi qüvvəyə çevrildi".

Nizami rayon icra hakimiyyəti başçısının müavini, YAP Nizami rayon təşkilatı sədrinin müavini Gülnaz İsrafilova çıxışında bildirib ki, bu gün Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatının ən aparıcı siyasi qüvvəsi ölkəmizin iqtidar partiyası Yeni Azərbaycan Partiyasıdır. YAP hazırda da Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin Sədrliyi ilə ölkədə siyasi-ideoloji fəaliyyətini genişləndirir, vətəndaş-dövlət münasibətlərinin inkişafı və möhkəmlənməsi prosesinə öz töhfəsini verir, siyasi-ictimai sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Daha sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov təşkilatın 2016-cı ilin I yarısındakı fəaliyyətinə dair hesabatı təqdim edib.

Sonra hesabat üzrə çıxışlar olub, təşkilatın 2016-cı ilin I yarısındakı fəaliyyəti qənaətbəxş hesab edilib.

Tədbirin sonunda 60 illik yubileyi və ictimai-siyasi fəaliyyətinə görə rayon təşkilatı idarə heyətinin üzvləri Fəxri Fərmanla təltif olunublar, partiyaya yeni qəbul olunmuş üzvlərə isə vəsiqələr təqdim edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər