PDF Oxu

Siyasət

  • 22

"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər"

"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər"

Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı növbəti Beynəlxalq Multikulturalizm Yay Məktəbi fəaliyyətə başladı.

Öncə tələbələr Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarına əklillər və gül dəstələri qoyublar, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətdən sonra Yay Məktəbinin iştirakçıları Qəbələyə yola düşüblər. Burada tələbələrə "Qəbələ - Qafqaz Albaniyasının qəlbidir" mövzusunda videoçarx təqdim ediləcək.

Tarixi faktların yer aldığı videoçarxda Qəbələnin Azərbaycanın etnik palitranı xatırladan unikal bölgələrindən biri olduğu diqqətə çatdırılacaq.

Qəbələnin zəngin tarixi ilə bağlı təqdimatdan sonra xarici tələbələr üçün "Xoş gəldiniz!" axşamı təşkil ediləcək.

18-27 iyul tarixlərində keçiriləcək Yay Məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 16 universitetindən 38 tələbə, Azərbaycanın universitetlərindən 19 tələbə iştirak edir.

Beynəlxalq Multikulturalizm Yay Məktəbi Qəbələ ilə yanaşı, Oğuz, İsmayıllı, Şəki, Qax və Bakıda fəaliyyət göstərəcək. Yay Məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunmuş dəyirmi masa, konfrans və toplantılarda iştirak edəcək, xarici və yerli mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Bu müddət ərzində iştirakçıların Azərbaycanın Nic, İvanovka, Lahıc, Kiş, Oğuzdakı "Cuhudlar məhəlləsi" kimi multikultural və çoxkonfessiyalı unikal məkanlara səfərləri, ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.

NƏZAKƏT

Digər xəbərlər