PDF Oxu

Siyasət

  • 27

YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Səbail rayon, Əhməd Cavad 12 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirilib.

İclasda çıxış edən YAP İcra katibinin müavini Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. O, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıb.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyib.

İclasda ilk partiya təşkilatı təsis edilib və yekdilliklə Əhməd Cavad 12 yeni ərazi ilk partiya təşkilatına Səyyad Salahlı sədr seçilib.

Səyyad Salahlı ona göstərilən etimada görə təşəkkürünü bildirərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Daha sonra yeni təsis edilən Əhməd Cavad 12 ilk partiya təşkilatının sədr müavini və katibi seçilib.

İclasın sonunda YAP İcra katibinin müavini Mübariz Qurbanlı Əhməd Cavad 12 ünvanında təsis edilən yeni ərazi ilk partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

R.KAMALQIZI

Digər xəbərlər