Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkiltının qərargahında partiyanın fəal gənc üzvləri ilə görüş keçirilmişdir. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri iştirak etmişlər. Maraqlı müzakirələr, diskussiya şəraitində keçən görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbir iştirakçılarına son illər respublikamızda və Şəmkir rayonunda görülən işlər barədə məlumat verib. Partiya sıralarının günü-gündən artdığını yeni üzvlərin əksəriyyətinin gənclər olduğunu xüsusi diqqətə çatdırmışdır: "Yeni Azərbaycan Partiyasının fəaliyyəti xalq və dövlət maraqlarına söykənir. Əzəmətli və möhtəşəm bir qüvvəyə malik Yeni Azərbaycan Partiyasının gücü yalnız onda deyil ki, sıralarında yüz minlərlə insan birləşir, YAP-ın gücü həm də, sıralarında birləşən insanların böyük hörmət və nüfuz sahibi olmasındadır".Görüşdə YAP Şəmkir rayon təşkilatı aparatının rəhbəri Şövqi Həsənov, Şəmkir Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusibov, Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Evinin direktoru Tural Əliyev, Şəmkir rayonu Dağ-Cəyir kənd tam orta məktəbin direktoru Famil Həmidov, Şəmkir şəhər 2 saylı uşaq bağçasının direktoru Elvira Allahverdiyeva, Şəmkir rayonu Düyərli kənd 2 saylı tam orta məktəbin müəlliməsi İlhamə İbrahimova və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən, son illər ərzində Şəmkir rayonunda bütün sahələrdə qazanılan uğurlardan və Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət nəticəsində ölkədə gedən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, insanların sosial rifah halının günü-gündən yaxşılaşmasından, mövcud içcimai-siyasi sabitlikdən danışmış və bu siyasətin davam etdirilməsinə dəstək verdiklərini bildirmişlər.
RƏFİQƏ