"Ermənistandakı ixtişaşlar Rusiya ilə ssenariləşdirilmiş oyundur. Əsas məqsədləri nəzərdə tutulan sülh danışıqları prosesinə zərbə vurmaqdır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, bütün baş verənlər Rusiyanın arqument toplamaq cəhdidir: "Guya ixtişaşçılar sülh danışıqlarına etiraz edirlər, təklif olunan variantlar onların maraqlarına uyğun deyil. Əlbəttə ki, burada Rusiyanın barmağı var. Rusiya Azərbaycana özünə sərf edən sülh variantını qəbul etdirmək istəyir. Əlində isə arqument olaraq Ermənistan tərəfinin etirazını göstərmək niyyətindədir. Ancaq burada kiminsə etirazını yox, beynəlxalq hüququn tələbini əsas götürmək lazımdır. Torpaqlarımız işğal edilib. Ya ərazilərimizdən çıxacaqsınız, ya da müharibə olacaq. Bu oyunların baş verməsinin əsas səbəbkarı bölgədə starateji maraqları olan supergüclərdir".
sia.az