PDF Oxu

Siyasət

  • 18

Politoloq: "Cəmiyyət Sarkisyanın səriştəsizliyindən bezib""MÖVQE

Politoloq: "Cəmiyyət Sarkisyanın səriştəsizliyindən bezib""MÖVQE

"Ermənistanda baş verən iğtişaşlara səbəb Serj Sarkisyanın aprel hadisələrindəki məğlubiyyətidir. Məqsəd isə Ermənistanın hazırkı hakimiyyətini devirməkdən ibarətdir". Bu fikirləriSİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, burada əsas məsələ Sarkisyanın legitimliyinin sual altında olmasıdır: "Belə vəziyyətdə Sarkisyana xarici dəstək lazım olacaq ki, o da ilk növbədə Rusiyaya müraciət edəcək. Rusiya isə son zamanlar Dağlıq Qarabağ probleminin həllində aktivlik nümayiş etdirdiyi üçün bunun müqabilində Ermənistandan torpaqların qaytarılmasını tələb edə bilər. Bu baxımdan hesab edirəm ki, Ermənistanda baş verənlər münaqişənin həllində müəyyən dərəcədə pozitiv rol oynaya bilər". "Ermənistan hakimiyyəti 20 ildən çoxdur ki, cəmiyyəti heç bir güzəştin olmayacağı ilə bağlı inandırmağa çalışır. Lakin cəmiyyət anlamağa başlayıb ki, onların istəyi nəzərə alınmadan da torpaqlar sülh yolu ilə olmasa belə hərbi yolla geri qaytarıla bilər. Ermənistan ordusu və rəhbərliyi o qədər zəifləyib ki, artıq onların bu məsələləri həll etməyə belə iradələri çatmır. Ermənistan cəmiyyəti rəhbərliyin səriştəsizliyindən bezib. Baş verənlər fonunda Sarkisyan özünü vəziyyətdən çıxarmağa çalışsa da, buna nail ola bilmir. Lakin düşmən ölkə rəhbəri hər zaman olduğu kimi xalqı bu hadisələrdən yayındırmaq üçün yenidən cəbhədə gərginlik yaratmağa cəhd edə bilər"- deyə, politoloq əlavə edib.

sia.az

Digər xəbərlər