PDF Oxu

Siyasət

  • 34

Nəsimi məktəblilərinin Qəbələ rayonundakı "Sərhədçi" Yay Düşərgəsindəki istirahəti başa çatdırıb

Nəsimi məktəblilərinin Qəbələ rayonundakı "Sərhədçi" Yay Düşərgəsindəki istirahəti başa çatdırıb

Gələcəyimiz olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Nəsimi rayon icra hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda, "Laza" Sərhəd Zastavasının bazasında məktəblilərin "Sərhədçi" Yay Düşərgəsində təşkil olunmuş istirahəti başa çatıb. Nəsimi rayonunun Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı və imkansız ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 100 nəfərdən çox yeniyetmə üçün Qəbələ rayonunun mənzərəli və səfalı guşəsində yerləşən "Laza" Sərhəd Zastavasının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü, ödənişsiz "Sərhədçi" Yay İstirahət Düşərgəsində 10 gün ərzində keçən mənalı və yaddaqalan istirahət başa çataraq, düşərgədə təntənəli bağlanış mərasimi keçirilibdir.

Tədbirdə Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov qonaqlar, yeniyetmələr və sərhəd xidmətçiləri qarşısında çıxış edərək, keçirilən layihənin əhəmiyyətini vurğulayığb, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Azad Ələkbərov düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhundə tərbiyəsi istiqamətində belə düşərgələrin rolunun çox yüksək olduğunu bildirib.

Sonra yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər.

Həmçinin, düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə hədiyyələri və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunub.

Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Ü.ƏSGƏROV

Digər xəbərlər