PDF Oxu

Siyasət

  • 34

Demokratik dəyişikliklər zamanın tələbidir

Demokratik dəyişikliklər zamanın tələbidir

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam cəmiyyətdə müsbət qarşılanıb və hər kəs bunu zamnın tələdi hesab edir. Maraqlıdır ki, ənənəvi ampluasında çıxış edən müxalifətin dağıdıcı qanadı bu dəfə də eyni mövqeyini ortaya qoymağa çalışıb. Müsavat və AXCP kimi partiyaların hay-küy salmaları bir daha onların cəmiyyətdə gedən içtimai-siyasi proseslərdən kənarda qaldıqlarını və milli maraqlardan çıxış etməyin onlar üçün mümkünsüz olduğunu nümayiş etdiriblər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov isə "Səs" qəzetinə açıqlamasında arxivə göndərilməli olan bu siyasilərin demokratik dəyişiklikləri qəbul edə bilməsini onların yaramaz xislətlərindən və müstəqil qərarlar qəbul edə bilməmələrindən irəli gəldiyini bildirdi: "Demək olar ki, müxalifət düşərgəsində təmsil olunan bəzi şəxslər dərk etməyə başlayıblar ki, bu partiya liderlərinin apardığı siyasətin müsbət bir sonluğu görünmür. Ümumiyyətlə, əgər hakimiyyət uğurunda mübarizə aparan hər hansı bir siyasi xadim bir dəfə hakimiyyətə gələrək, özünü doğrulda bilmədisə, onda belə şəxslər tamamilə siyasətdən gedərək, ayrı bir işlə məşğul olmalıdırlar. Təəssüflər olsun ki, müxalifət düşərgəsində olan bu şəxslər isə həyasızcasına bu cür biabırçılıqla hakimiyyətdən gedəndən sonra yenə də yenidən hakimiyyətə qayıtmaq uğurunda mübarizə iddiası ortaya qoydular və siyasətlərini də bu istiqamətdə qururlar. Amma onların nə istəmələrindən asılı olmayaraq, həmin şəxslərin bu istəklərinin həyata keçməsi qeyri-mümkündür".

T.Novruzov müxalifətin birlik modelini ortaya qoya bilməməsinin səbəbinə aydınlıq gətirərkən, bildirdi ki, müxalifətin birliyinin alınmamasının səbəbi liderlərin özlərini biri digərindən üstün tutması, xalqa və dövlətə zidd siyasət aparmalarıdır: "Bunlar, sadəcə olaraq, belə yeriz hərəkətləri ilə günlərini keçirməklə məşğuldular. Çünki bu şəxslərin özləri də çox yaxşı bilir ki, onlar irəliyə doğru gedə bilməyəcəklər. Amma hər zaman olduğu kimi, bu reallığı qəbul etmək istəmirlər. Dağdıcı və pozucu yol tutan müxalifət liderləri xarici qüvvələrdən aldıqları təlimatı yerinə yetirmək üçün hələ də uğursuz səylərinin davam etdirməkdədilər. Amma bu kimi qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Ona görə də, onların xaricdən aldıqları pozucu təlimatların iflasa uğrayacağı şübhəsizdir. Demək olar ki, bu şəxslər xarici qüvvələrin yanında gözükölgəli və dili gödəkdir. Yəni xarici qüvvələrin çaldıqları havanı oynamaq məcburiyyətindədirlər. Çünki bu günə qədər aldıqları maliyyə vəsaitini qarşılığında ölkədə nə isə bir xoşagəlməz vəziyyət yarada bilməyiblər və bilməyəcəklər də. Sadəcə olaraq, müxalifət təmsilçiləri xaricdə olan bəzi qüvvələrdən maliyyə yardımları almaq üçün xarici qüvvələrə qarşı müəyyən addımlar ataraq, xarici qüvvələrə oyunlar oynamalıdırlar. Demək olar ki, müxalifətə maliyyə yardımları göstərən həmin o xarici qüvvələr də artıq dərk etməyə başlayıblar ki, bunların heç bir siyasi səriştələri yoxdur və tapşırıqları yerinə yetirmək gücünə malik deyillər".

GÜLYANƏ

Digər xəbərlər