"Konstitusiyada müəyyən dəyişikliklərin olması xalqın iradəsi və seçimi ilə müəyyən olunur". Bu fikri politoloq, Strateji Araşdırmalar İnstitutunun rəhbəri Ramiz Alıyev bildirib. Ramiz Alıyev deyib ki, Azərbaycanda da bir neçə dəfə konstitusiyada müəyyən dəyişikliyin olması ilə bağlı xalqın iştirakilə ölkə ərazisində referendum keçirilmiş seçki hüququ olan vətəndaşların iştirakilə dəyişikliklər qəbul olunmuş və sonrada bu maddələr də konstitusiyamızda öz əksini tapmışdır: "Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təqdimatı ilə Konstitusiya Məhkəməsinə göndərilmiş Referendum Aktı ilə tanış olan və həmin müddəaları incələyən hər kəs bu təşəbbüsü alqışlamamlıdr. Ona görə ki, dəyişiklik olacaq həmin müddəallar birbaşa Azərbaycanın müstəqilliyinin qorunmasına, Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə xidmət edir. Belə ki, müstəqillik əldə etdikdən sonra 21 il bundan öncə konstitusiya qəbul olunmuşdur, düzdür, bir neçə dəfə dəyişiklik olunub referendum yolu ilə, ancaq hazırda dünyada gedən siyasi proseslər, müasir dövlət idarəçiliyi , iqtisadi islahatlar, hərb sahəsində gedən müasir texnologiyalar, insan hüquqlarının qorunması, dövlətin təhlükəsizliyinin təminatı, müasir idarəetmə formaları və s. ona sövq edir ki, ölkənin konstitusiyasını da bütün bu yeniliklərə uyğunlaşdırmaq lazımdır. Bunun üçün yenə təkrar edirəm ki, konstitusiyada ediləcək dəyişikliyi hakimiyyət nümayəndələri və hakimiyyətdə olan siyasi partiya deyil, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları müəyyən edəcək. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirəcək layihələrə rəhbərlik edir. Qədim İpək Yolun müasir Dəmir İpək Yolu ilə bərpa edib və dünyada Şərqlə-Qərbi birləşdirən bir ölkə kimi təqdim olunur, artıq öz təbii sərvətləri ilə deyil, ölkəmiz müasir iqtisadi islahatları və dünyada iqtisadi tranzit mərkəzə çevrilməsi ilə gündəmdədir. Dövlətimiz müxtəlif beynəlxalq konvensiyalara qoşulur və dövlətimizin qorunması müstəqilliyimizə zərərin dəyməməsi üçün idarəçilik formsında da bir çox islahatlara getmək lazımdır. Ölkə başcısının fəaliyyətinə dəstək olmaq üçün, dövlətimizin idarəçilik sütunlarının daha da möhkəmlənməsi üçün mütləq lazımdır ki, idarəçilik mexanizmlərində müasir və müsbət dəyişikliklər olunsun. Buna görə də, mən hesab edirəm ki, Cənab Prezidentin irəli sürmüş olduğu konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı alqışlanmalı və bu dəyişiklik ölkəmizin inkişafına, dövlətimizin qorunmasına hesablanmış mütərəqqi bir addımdır".
Politoloq deyib ki, irəli sürmüş konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı müasir zamanın tələbinə hesablanmış təkliflərdir: "Bunu istər idarəçilik sahəsində təklif olunan müddəaları, istərsə də insan hüquqlarına dair müddəaları və digər təklif olunan müddəaları incələsək, aydın şəkildə görə bilərik. Azərbaycan əhalisinin say etibarilə artması, iqtisadiyatımızın güclənməsi buna imkan verir və vacib hal kimi qarşımıza qoyur ki, idarəçilik sahəsində müəyyən dəyişikliklər olunsun. Təklif olunan vitse prezidentlərlə bağlı təkliflər ölkə başcısının işlərinə və dövlətimizin daha da möhkəm formada idarə olunmasına, beynəlxalq aləmdə ölkəmizin daha da aktiv fəaliyyət göstərməsinə, iqtisadi sahədə, hərbi sahədə və digər sahələrdə ölkəmizin daha da inkişafına gətirib çıxaracaq ölkə Prezidentinin tapşırıqları zamanında və vaxtında öz həllini tapacaq. Xalqın rifahı , ölkəmizin inkişafı üçün münmbit şərait yaranacaq. Prezidentlik müddətinin 7 il olması yalnız ölkəmizdə deyil, bir çox ölkələrdə mövcuddur və bu da ölkənin inkişafına, seçilmiş prezidentin özünün xalqı qarşısında götürdüyü və verdiyi sözləri vaxtında başa vurmasına imkan verməsi, ölkənin inkişafına daha çox töhfə verə bilməsi, dövlətin təhlükəsizliyinin təminatı baxımından uğurlu bir seçimdir. Zaman-zaman bir çox inkişaf etmiş ölkələrdə prezidentlik müddəti məhz elə 7 il olmuşdur. Bura misal olaraq Fransa, Türkiyə və bir çox güc sahibi olan ölkələrin adların çəkə bilərik. İnsan hüquqlarına dair təklif olunan müddəalları da xüsusi vurğulamaq lazımdır. Belə ki, artıq hər bir azərbaycanlı seçmək hüququnun müyyən olunduğu yaşda, yəni 18 yaşında həm də ölkə ərazisində təşkil olunan seçkilərdə seçilmək hüququ da konstitusiya vasitəsi ilə tanınacaq. Bildiyimiz kimi, hazırkı konstitusiyaya görə bələdiyyə seçkilərində namizəd olaraq iştirak etmək üçün 21 yaş, parlament seçkilərində 25 yaş, prezident seçkilərində namizəd olaraq iştirak etmək üçün isə 35 yaş tələb olunurdu. Təklif olunan dəyişikliklər əhali tərəfindən dəstəklənəcəyi təqdirdə isə, 18 yaşı tamam olan və seçki qanununa uyğun gələn hər bir Azərbaycan vətəndaşı seçkilərdə seçilmək hüququndan istifadə edəcək və bu da çox demokratik bir təklifdir ki, hər kəs tərəfindən bəyəniləcəyini düşünürəm".
Onun sözlərinə görə, hərb sahəsində olan dəyişikliklər də ölkəmizin təhlükəsizliyinin qorunmasına və hərb sahəmizin daha da güclənməsinə hesablanmış bir təklifdir: "Son dövrlərdə dünyada gedən prosesləri yada salsaq, görərik ki, hərbi sahədə də edilən təkliflər vaxtında və zamanında irəli sürülən bir təkliflərdir. Hesab edirəm ki, bu təklif olunan müdəalları hər bir seçici incələsin və onda görəcək ki, Cənab Prezident tərəfindən irəli sürülmüş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı ölkəmizi daha da müstəqil, demokratik , qüdrətli,müasir və təhlükəsiz bir dövlətə çevirəcək".