PDF Oxu

Siyasət

  • 20

Millət vəkili: "Dəyişikliklərlə daha böyük uğurların əldə olunması hədəflənib" AÇIQLAMA

Millət vəkili: "Dəyişikliklərlə daha böyük uğurların əldə olunması hədəflənib" AÇIQLAMA

"Azərbaycan dövləti sürətlə inkişaf, beynəlxalq aləmə inteqrasiya edir, ölkə qanunvericiliyi təkmilləşdirilir, vətəndaşların sosial şərtləri dəyişir. Ona görə də Konstitusiyada da dəyişikliklər etmək zərurəti yaranır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.Onun sözlərinə görə, təklif olunan dəyişikliklər zamanın tələbindən irəli gəlir. S.Qafarova deyib ki, bütün demokratik ölkələrdə belə təşəbbüslər irəli sürülür, ehtiyac yarandığı təqdirdə Konstitusiyaya dəyişikliklər olunur: "Bu gün isə Azərbaycanın mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir və dövlətimizin başçısı haqlı olaraq belə bir Sərəncam imzalayıb. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Eləcə də digər sahələrdə, o cümlədən idarəetmənin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Konstitusiyaya təklif olunan yeni dəyişikliklərlə bu istiqamətlərdə daha geniş uğurların əldə olunması hədəflənib".S.Qafarova qeyd edib ki, təklif olunan dəyişikliklərdə idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb: "Bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına tam cavab verməklə yanaşı, yeni mərhələdə dövlətimizin inkişafının ardıcıllığının təmin olunmasına xidmət edir".

sia.az

Digər xəbərlər