PDF Oxu

Siyasət

  • 10

AXCP paytaxtda pulsuz dönər paylayacaq-BİABIRÇILIQ!

AXCP paytaxtda pulsuz dönər paylayacaq-BİABIRÇILIQ!

AXCP zaman-zaman yersiz, heç bir məntiqə sığmayan addımları ilə gündəmdə qalmağa çalışıb. Yadınızdadırsa, 2006-cı ildə AXCP-nin yaradılmasının növbəti ildönümü Əli Kərimli cəbhəçilərə 2 manatlıq kontur paylayıb. AXCP sədri bu dəfə də fərqli, eyni zamanda gülünc bir üsula əl atıb. Belə ki, Ə.Kərimli AXCP-nin 27 illiyi münasibətilə paytaxtın Nizami (keçmiş Tarqovı) küçəsində pulsuz dönər və şaurma paylamaq qərarına gəlib.

"Səs"ə daxil olan məlumata görə, bununla bağlı cəbhəçilər sosial şəbəkədə event yaradıblar. Sosial şəbəkədə Kazım Alibekovun yaratdığı eventi olduğu kimi oxucularımıza çatdırırq: "AXCP-nin 27 illiyi münasibəti ilə havayı dönər və şaurma paylayırıq. Dinindən, irqindən, cinsindən, bioloji yaşından, İQ-sindən, Pokemon Go oynayıb-oynamamasından və siyasi dünyagörüşlərindən asılı olmayaraq, Bakıda qalan bütün dost-tanışlarınıza deyin. Hamıya çatacaq qədər dönər və şaurma hazılayacağıq. Keçən dəfə Ramazan bayramında olduğu kimi. Elə bilin ehsandır. Gəlmək istəyənlər eventə qoşulsunlar. Şənbə günü axşam qoşulan şəxslərə şifrə sözü deyəcəyik. Həmin gizli sözdən istifadə edərək havayı dönərlərinizi və şaurmalarınızı alacaqsınız".

Qeyd edək ki, cəbhəçilərin növbəti yersiz aksiya şouları sosial şəbəkələrdə lağ obyektinə çevrilib.

Belə görünür ki, AXCP 27 illiyini "yüksək səviyyə"də qeyd edəcək. Tarix boyu bütün partiya və siyasi təşkilatların yübileyləri irimiqyaslı tədbirlərlə qeyd olunub. Şübhəsiz ki, heç bir sosial bazası olmayan AXCP-nin bayram tədbirləri münasibətilə Ə.Kərimlinin dönər paylama "taktikası" gülünc bir hadisə kimi yadda qalacaq. Pulsuz dönər paylamaqla özünə tərəfdar yığa biləcəyini zənn edən Ə.Kərimlini bu addımı atmağa vadar edən əsas səbəb səriştəsizliyi, məsuliyyətsizliyi və fəaliyyətsizliyidir. Siyasi səhnədə qalmağın yeni "üsulu"nu tapdığına görə, Avropa Ə.Kərimlini mütləq alqışlayacaq.

Samir

Digər xəbərlər