"Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər göz bəbəyimiz olan müstəqil dövlətimizin bundan sonra da daim güclü olmasına xidmət edəcək". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər həmçinin vətəndaşlarımızın tək millət, tək dövlət, tək bayraq, tək ölkə, tək vətən şəraitində təhlükəsiz yaşamasına, dövlət-milli maraqlarımızın daha etibarlı qorunmasına, tərəqqisinə yönəlib".Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalayıb.
sia.az