Prezident İlham Əliyevin növbəti imzaladığı sərəncamlar qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının reallıqlarıdır
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir.
Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə də bağlı geniş tədbirlər həyata keçirilir.
Dövlət başçısını "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamını "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanununa uyğunlaşdırmaq məqsədilə qərara alıram: "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292) 1-ci hissəsində "səviyyələrində" sözündən sonra ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri əlavə edilsin.
Faktlar, rəqəmlər, reallıqlar
Ümumiyyətlə, son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunub ki, ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun, 0,8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu göstərici 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.
Ötən 10 ildə bir milyon 200 mindən artıq yeni iş yerinin açılması işsizlik və məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Son on ildə orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Bu müddətdə respublikada 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzinin tikilib istifadəyə verilməsi də iqtisadi uğurlarımıza əsaslanır. Avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsilə bağlı son illərdə genişmiqyaslı işlər görülmüşdür. Son 10 ildə dövlətin ali məktəblərində ödənişli əsaslarla təhsil alan 8 min 700 məcburi köçkün tələbənin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir.
Bəli, bu gün dövlətimiz və Cənab Prezidentimizin qaçqın və məcburi köçkünlər üçün gördüyü işlər və apardığı siyasət ürəkaçandır.
Qaçqın və məcburi köçkünlər, inanırlar ki, Prezidentimizin apardığı genişmiqyaslı danışıqları və güclü siyasəti nəticəsində tez bir zamanda torpaqlarımız işğaldan azad ediləcək və onlar öz ata-baba yurdlarına - Qarabağa dönəcəklər. Çünki dövlətin, onun Rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər.
RƏFİQƏ KAMALQIZI