"Ermənistanın cinayətkar rəhbəri Serj Sarkisyan artıq dalana dirənib. Onun çıxış yolu yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.O qeyd edib ki, Sarkisyanın Ermənistanda hakimiyyətə qarşı çıxan etirazçıların lideri ilə görüşə razılıq verməsi, xalqın ondan bezməsi bu ölkənin siyasi hakimiyyətinin çox zəif və cinayətkar olmasından xəbər verir: "Sarkisyan hakimiyyəti əlacsız qalıb. Xalq bu vəziyyətdən bezib və ondan canını qurtarmaq istəyir. Orada vəziyyət bundan da pis olacaq. Şübhəm yoxdur ki, yaxın zamanlarda Sarkisyan rejiminə son qoyulacaq. Ardınca, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra Cənubi Qafqaz regionunda yeni iqtisadi bölgə yaranacaq".
sia.az