"Ermənistan tərəfinin Azərbaycan haqqında yalan informasiyalar yayması danışıqlar prosesini pozmaq üçün hesablanıb". Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.O qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə tam əməl etsə də, Ermənistan cəbhədə daim təxribat törədir, atəşkəsi pozur: "Onlar bu əməlləri danışıqlar prosesini gecikdirmək, pozmaq, mövcud durumu saxlamaq üçün edirlər. ATƏT isə Ermənistanın təxribatçı əməllərinə göz yumur. Qeyd edim ki, Ermənistandakı etirazçıların məqsədi də həm Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesini pozmaq, həm də Sarkisyan rejimiini nəzarətdə saxlamaqdır".
sia.az