PDF Oxu

Siyasət

  • 26

Zaur Məmmədov: “Türkiyə heç vaxt NATO-dan çıxarılmayacaq” AÇIQLAMA

Zaur Məmmədov: “Türkiyə heç vaxt NATO-dan çıxarılmayacaq” AÇIQLAMA

"ABŞ dövlət katibi Con Kerri doğurdanda belə bir bəyanatla çıxış edib ki, Türkiyənin demokratik dəyərlərə zidd hərəkətləri ölkənin NATO-dan çıxarılmasına səbəb ola bilər. Con Kerrinin bəyanatı sırf siyasi məqsəd daşıyır. Bununla da ABŞ Türkiyəyə təzyiq göstərir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, Türkiyənin NATO-dan çıxarılması ilk növbədə ABŞ başda olmaqla Qərbin marağında deyil: "Buna bir neçə səbəblər var. Birincisi, Türkiyə Yaxın Şərq ilə Qərb dünyası arasında çəpər rolunu oynayır. Aralarında çoxlu sayda problemlər olmasına baxmayaraq bu ölkə Qərbin siyasi və iqtisadi müttəfiqi olaraq qalmaqdadır. İkincisi, Türkiyə Rusiyaya qarşı Qara dəniz, Suriya və Qafqazda tənzimləyici güc rolunu oynayır. Belə bir müttəfiqi itirmək Qərbin marağında ola bilməz. Türkiyə Rusiyaya qarşı mübarizədə həm siyasi, həm iqtisadi, həm də hərbi mənada Qərbə lazımdır. Üçüncüsü isə, Türkiyəni NATOdan çıxarmaq Ankaranı Rusiya və Çin ilə yaxınlaşdırmaq demək olacaq". Z.Məmmədov əlavə edib ki, Türkiyənin Şanxay ittifaqı ilə əməkdaşlığı ABŞ-ı həmişə ciddi narahat edir: "Qərb ilə münasibətlərin soyuması Ərdoğanı Putin ilə yaxınlaşdıracaq. Ona görə Ərdoğanın Türkiyədə hansı daxili siyasəti yürütməsindən asılı olmayaraq bu ölkəyə qarşı təzyiqlər sırf nəzəri təzyiq formasında qalacaqdır. Beləliklə, Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu ölkə heç vaxt NATO-dan çıxarılmayacaq".

sia.az

Digər xəbərlər