"Azərbaycan Prezidenti İlham Əliyevin konstitusiyaya təklif etdiyi dəyişikliklər zamanın tələbidir və zərurətdən yaranıb". Bunu SİA-ya açıqlamasında millət Aytən Mustafayeva deyib.O bildirib ki, təklif olunan dəyişikliklər Azərbaycan xalqına daha geniş imkanlar yaratmağa hesablanıb: "Cənab Prezidentin konsitutsiyaya təklif etdiyi dəyişikliklər insan hüquqlarının daha da genişləndirilməsinə yönəlib. Bu dəyişikliklər Azərbaycan gəncliyinə daha geniş imkanlar yaradacaq və onaların inkişafı üçün böyük stimul olacaq. Bu gün Azərbaycan gəncliyi aktivdir. Onlar ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Ölkəmizdə gənclər üçün böyük imkanlar yaradılıb. Təklif olunan dəyişikliklər də onların özlərini həyatda göstərməsi üçün daha geniş şəriat yaradacaq".
sia.az