PDF Oxu

Siyasət

  • 24

Politoloq: “Sarkisyan oyundan çıxmağa çalışır" AÇIQLAMA

Politoloq: “Sarkisyan oyundan çıxmağa çalışır" AÇIQLAMA

"Ermənistanda baş verən iğtişaşlar Sarkisyan və onun komandası tərəfindən qurulan siyasi şoudur. Burada məqsəd Rusiya və Qərbə guya müxalifətin bir sıra məqamlarla razılaşmamasını, o cümlədən Dağlıq Qarabağ məsələsində güzəştə getməmək tələbinin olmasını göstərməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.O qeyd edib ki, Sarkisyan bu variantla Dağlıq Qarabağ münqişəsində status- kvonu saxlamağa, danışıqlar prosesini uzatmağa və bundan vaxt qazanmağa çalışır: "Sarkisyan bununla özünün hakimiyyət müddəti bitdikdən sonra oyundan çıxmağa çalışır. Bunu da həm Qərb, həm Rusiya, həm də Azərbaycan yaxşı başa düşür. Sarkisyan Dağlıq Qarabağ separatçılarına müstəqillik söz versə də, bu gün ona əməl edə bilmir. O, özünün məhz bu proseslər üzərindən hakimiyyətə gəldiyini başa düşür və qorxur. Azərbaycan tərəfi də ciddi şəkildə şərtlər irəli sürür və status-kvonu aradan qaldırmaq istəyir. Bu məqsədlə öz təkilflərini dəfələrlə ATƏT-ə və digər maraqlı dövlətlərə təqdim edib".Politoloq bildirib ki, Jirar Səfilyan və onun tərəfdarları güclü siyasi dayaqları olan qüvvə və səbəb deyil: "Onlar sadəcə bəhanə kimi isitifadə edilən oyunçulardır. Qərb də dolayı yolla etirazçıları nəzarətdə saxlayır . Sarkisyanın onlarla görüşünə gəldikdə isə, bu, həmin oyunların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Digər halda etirazçıların lokallaşdırılması çoxdan baş tutardı".

sia.az

Digər xəbərlər