PDF Oxu

Siyasət

  • 20

Hər "GÜLƏN" yaxşı gülmür

Hər "GÜLƏN" yaxşı gülmür

ABŞ-da hər bir ölkə ilə bağlı xüsusi institutlar fəaliyyət göstərir. Bir az da açıq desək, dünyada 214 dövlət var və bu dövlətlərin hər biri ilə "məşğul olan" institutlar mövcuddur. Bu institutlar hər bir millətin dini, irqi, xarakteri, bütün tərəfləri ilə bağlı müfəssəl işlər aparırlar. Hər millətin zövqünə qədər, iy və dadbilmə qabiliyyətlərini də öyrənirlər. Hələ sovet dövründə rus "KQB"-si ortaya çıxarmışdı ki, ABŞ-da SSRİ-ni dağıtmaq üçün məxfi institutlar, uzun illərdir ki, iş aparırlar. Təkcə 1980-1985-ci illərdə ABŞ bu məqsədlə 20 milyard pul xərcləmişdi. SSRİ-ni dağıtmaq üçün fəaliyyət göstərən institutun işçiləri "sovetoloqlar" adlanırdılar. Beləliklə, 1991-ci ildə SSRİ dağılır. Məlum institut fəaliyyətini dayandırır və "sovetoloqlar" ABŞ prezidentinə belə bir mesaj göndərirlər: "Biz artıq işsizik...".

Qərb düşüncəsi tamam başqadır. Minilliklərlə dövlətçilik təcrübəsi olan Şərq dövlətlərinin əksəriyyəti Qərb dövlətlərindən, xüsusilə də ABŞ-dan geridə qalır. Bir maraqlı detal haqqında yazım və Qərb təfəkkürünün fərqliyinə diqqət edin. Deməli, hər bir ölkədə terrorla mübarizə aparan idarələr, nazirliklər, qurumlar və xüsusi xidmət orqanları var. Bəli, bütün anti-terror mərkəzlərini əməkdaşları kifayət qədər peşəkar olurlar. Bəs ABŞ-da anti-terror mərkəzinin əməkdaşları kimlərdir? Potensial terrorçular. Məntiqlə baxanda, düzgün yanaşmadır. Həqiqətən də, terrora qarşı ən yaxşı mübarizəni elə terrorçunun özü aparar.

Bu danılmaz faktdır ki, ABŞ idarəçilik sistemi dünyanın korrupsiyaya, kriminala ən çox bulaşmış sistemidir. Baxın, dünyada sizə və digərlərinə məlum olan və olmayan əksər donor təşkilatları, humanitar qurumlar, insan hüquq təşkilatları, beynəlxalq qurumların hamısı birbaşa vahid mərkəzə-ABŞ dövlətinə tabedir. Hər kəsin "sivil" qurum kimi tanıdığı Dövlət Departamenti dünyada baş verən bütün qırğınların və vətəndaş qarşıdurmalarının səbəbkarıdır. Diqqətli olun! Türkiyə dövlət başçısı Fətullah Güləni tələb edir. Fətullahın iyrənc əməllərinin şahidi olmayan müsəlman yoxdur. ABŞ cavab verir: Fətullah Güləni sizə verməyimiz üçün bizə yetərli sənədlər təqdim edin. Terrorçunun sənədimi olur? Bin Laden adı altında Corc Buş 2001-ci il senyabrın 11-də minlərlə vətəndaşını terrora məruz qalanda, Bin Ladeni axtarışa vermişdiniz. Bin Laden bəhanəsi ilə İraqı və Əfqanıstanı xaraba qoydunuz. ABŞ düşməni öz əli ilə vurur. Müsəlmanı ən yaxşı müsəlman vura bilər. Elə xristianı da xristiandan başqa kimsə tam hədəfə ala bilməz. Bu da keçəcək...

Samir

P.S. Hər halda, bütün bu deyilənləri hamımızdan da daha yaxşı bilən ABŞ səfirliyinin əməkdaşı-Derek Hoqan var. Əfqanıstanda işləyib, Moskvada ABŞ səfirliyində çalışıb, daha sonra ifşa olunduğuna görə, yeri dəyişdirilib. Bu yaxınlarda da "Bulaq" restoranının yanında maşınına güllə dəymişdi. Harda nə baş verirsə (xüsusilə də silahlı insident), Derek dərhal ordadır. Maraqlıdır... Görəsən, ABŞ MKİ-nin zabiti D.Hoqan burda hansı oyunların içindədir? Bunu çox qısa zamanda biləcəyik. İraq olsun, əgər Türkiyədə hərbi çevriliş baş tutsaydı, Dereki tanıyacaqdıq. Ancaq onu tez tanımaq üçün buna dəyməzdi...

Digər xəbərlər