Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 22 İyul Milli Mətbuatın yaranmasının 141 illiyi və "Səfər" qəzetinin 95 illik yubleyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları, ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra YAP Quba rayon təşkilatının akt zalında yubiley tədbiri davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yığıncağı giriş sözü ilə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq Azərbaycan Milli Mətbuatının yaranma tarixindən və inkişaf mərhələrindən danışıb: "Müstəqillik dövründə Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusidir. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb".
O, çıxışında Azərbaycan bölgə mətbuatının ilk qaranquşlarından olan rayonun tarix salnaməsini yaradan "Şəfəq" qəzetinin 95 illik tarixi və şərəfli yol keçdiyini diqqətə çatdırıb.
Tədbirdə millət vəkili Yevda Abramov, "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov və digərləri çıxış edərək, Azərbaycan mətbuatının xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə böyük töhfə verdiyini bildirərək, bu sahəyə dövlət tərəfindən ayrılan diqqət və qayğıdan söz açıblar.
Sonda mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup mətbuat işçisi fəxri fərmanlarla və hədiyyələrlə təltif olunub.
NƏZAKƏT