"Prezident İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir". BunuSİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.O qeyd edib ki, dəyişikliklər Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdıracaq: "Konsitutsiyaya təklif olunan dəyişikliklər vətəndaşların daha da təhlükəsiz yaşaması, dövlət və milli maraqlarımızın qorunması, gənclərimizə daha geniş imkanların yaradılması, insan hüquqlarının daha da təkmilləşdirilməsi və digər vacib sahələrin inkişafına şərait yaradacaq".Millət vəkili bildirib ki, konstitusiyaya dəyişikliklər edilməsi zamanın tələblərinə uyğunlaşmaq baxımından zəruri addımdır: "Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. İnkişaf olduqca, zamanın tələbləri dəyişdikcə ona uyğun olaraq konstitusiyada dəyişikliklər edilməsi vacibdir. Bu dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, xalqımızın həyat şəraitinin daha da yaxşılaşdırılması və digər məsələlərin inkişafına xidmət edir".Deputat vurğulayıb ki, millət vəkili və prezidentliyə namizədlərin yaş həddinin dəyişdirilməsi müasir yanaşmanın və demokratik inkişafın göstəricisidir.
sia.az