PDF Oxu

Siyasət

  • 13

Cümşüd Nuriyev: “Ermənistan 5-6 silahlının əlində əsir-yesir qalıb” AÇIQLAMA

Cümşüd Nuriyev: “Ermənistan 5-6 silahlının əlində əsir-yesir qalıb” AÇIQLAMA

"Bu gün Ermənistanda baş verən proseslər sanki Rusiya tərəfindən hazırlanıb. Axı necə olur ki, Azərbaycan ordusuna qarşı dura bilən, silahlı qüvvəsi olan bir dövlət 5-6 silahlının əlində əsir-yesir qalıb. Bu heç də ağılabatan deyil. Bu həmişə Ermənistanın Qarabağ məsələsində hansısa irəliləyiş olan kimi həyata keçirdiyi siyasi bir taktikadır. Mən daha çox bunu belə görürəm". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, ümumiyyətlə inandırıcı görünmür ki, dövlət 5-6 yığın adamın öhdəsindən gələ bilməsin: "İkincisi, Sarkisyan o günə qalıb ki, erməni müxalifətçisi Jirayr Səfilyanla danışığa gedir və görüş keçirmək istəyir. Təbii ki, bu da bir qədər inandırıcı görünmür. Amma bütün hallarda Ermənistanda elə fikirləşirlər ki, bu ağıllı bir taktikadır. Əslində bu, dövlətin yoxluğuna dəlalət edən bir taktikadır. Ermənistanda dövlət öz funksiyasını yerinə yetirə bilmir. Bu da rəsmi İrəvan üçün kifayət qədər mənfi imic formalaşdırır".

sia.az

Digər xəbərlər