PDF Oxu

Siyasət

  • 27

Elşən Musayev: “Putin diplomatik dairədə Sarkisyanı sıxma-boğmaya salır” AÇIQLAMA

Elşən Musayev: “Putin diplomatik dairədə Sarkisyanı sıxma-boğmaya salır” AÇIQLAMA

"Ümumiyyətlə son vaxtlar dünyanın əhəmiyyətli güclərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri təşəbbüs xüsusən qənaətbəxşdir. Təbii ki, bu sırada Rusiya prezidenti Vladimir Putinin də adını çəkmək olar". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, bu gün cənab Prezident İlham Əliyevin çox düzgün, faydalı siyasəti nəticəsində artıq Rusiya kimi dövlətlər belə Azərbaycanın mövqeyindən çıxış edirlər: "Heç şübhə etmirəm ki, bu gün Sarkisyanı ən çox diplomatik dairədə sıxma-boğmaya salan insanlardan biri də məhz Putindir. Çünki bizim Rusiya dövləti ilə qeyri-adi bir səviyyədə artıq yaxınlaşmamız var. Eləcə də bizim Rusiya ilə çoxdan qurulmuş olan münasibətlərimiz var. Ümumiyyətlə get-gedə sanki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmağa yaxınlaşır. Artıq bu prosesdə ümidverici məqamlar çoxalıb. Təbii ki, bu proseslərin intensivləşməsi də əbəs deyil. Hesab edirəm ki, Prezident İlham Əliyev tez bir zamanda bu münaqişənin həllini reallaşdıracaq. Bu gün bütün ümidlərimiz ölkə başçısının apardığı məqsədyönlü siyasətədir. Prezidentlərin avqust görüşündən uğurlu nəticələr gözləyirəm".

sia.az

Digər xəbərlər