PDF Oxu

Siyasət

  • 24

Partiya sədri: “Müxalifətdə diktatura hökm sürür”AÇIQLAMA

Partiya sədri: “Müxalifətdə diktatura hökm sürür”AÇIQLAMA

"Bu gün Əli Kərimlinin, Arif Hacılının və digərlərinin təmsil olunduqları partiyalar ictimai dəstəkdən məhrum olublar. Artıq onlar 25 ilə yaxındır ki, müxalifətdədirlər. Təbii ki, həmin şəxslər bu günə kimi seçkiləri də uduza-uduza gəlirlər. Bu partiyalarda demokratiya yox, əksinə diktatura hökm sürür. Bu partiyalar ayrı-ayrı şəxslərin ətrafında toplaşmış qruplardır. Yəni onlar demokratiyadan dəm vursalar da o partiyalarda qərarlar qəbul edilərkən aşağıların fikirləri öyrənilir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.Sədrin sözlərinə görə, əgər bir partiyanın sədri bir və yaxud iki seçkini uduzursa o mütləq nəinki siyasi partiya rəhbərliyinə ümumiyyətlə siyasətdən gedir: "Buna misal olaraq Türkiyəni və s. göstərə bilərik. Amma Azərbaycanda onlar 25 ildir ki, seçkiləri uduza-uduza gəlirlər lakin yenə də öz kreslolarında oturublar. Bəs bu nəyin göstəricisidir? Təbii ki, bu, o partiyalarda demokratizmin olmamasının göstəricisidir. Onların fəaliyyəti ancaq Azərbaycan iqtidarının gördüyü işə qarayaxmaq, şər-böhtan atmaqla gündəmdə qalmağa çalışırlar. Təbii ki, bunları başqa heçnə maraqlandırmır. Onlar çalışırlar ki, ölkədə stabillik pozulsun, qarışıqlıq olsun. Hətta belə bir misal da var ki, "bulanıq suda balıq tutmaq asan olur". Bunlar o prinsiplə yaşayırlar".

sia.az

Digər xəbərlər