PDF Oxu

Siyasət

  • 16

Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün işləyir

Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün işləyir

Rəhbərlik etdiyi terror təşkilatı vasitəsilə müsəlman ölkələrində, xüsusilə də, Türkiyədə xaos, vətəndaş müharibəsi yaratmağa çalışan Fətullah Gülənə qarşı Rusiya Parlamentinin alt palatasının deputatı Vyaçeslav Nikonov ittihamlarla çıxış edib. V.Nikonov qeyd edib ki, Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üçün işləyir: "Bu səbəbdən, ABŞ Güləni ektradisiya etmək istəmir. Bu çevriliş cəhdində ABŞ-ın əli var. Gülənin MKİ üçün işlədiyi məlumdur. Bu arada NATO-nun Varşava Sammitində heç kim Ərdoğanla görüşmədi. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdən 3 gün əvvəl rusiyalı həmkarı Vladimir Putinlə barışmışdı".

Siyasi şərhçi, Anar Axundov "SƏS" qəzetinə verdiyi açıqlamada rusiyalı deputatın fikirlərinə dəstək verib: "Bəli, Nikonov haqlıdır. Gülən MKİ-nin əlində əsas kartdır. ABŞ F.Gülənin əli ilə təkcə Türkiyədə deyil, digər müsəlman dövlətlərində də qırğınlar törədir, dövlət çevrilişinə cəhd planlarını hazırlayır. Bu istiqamətdə hər il milyardlarla pul xərclənir. Ümumiyyətlə, Gülən ABŞ-ın dəstəyi ilə elə bir şəbəkə qurub ki, bu terror şəbəkəsinin sonuna çıxmaq üçün bəlkə də yüz minlərlə adam həbs edilməlidir, onlar haqqında ən ağır cəzalar müəyyənləşdilirməlidir. Şahidi oldunuz ki, Türkiyədə 15 mindən artıq müəllim işdən kənarlaşdırıldı. Bu, həmin müəllimlərdir ki, Gülənə məxsus təhsil müəssisələrində oxuyublar, eyni zamanda, bir göz qırpımında karyeralarında böyük irəliləyişlərə nail olublar. gülənçilər təhsil, səhiyyə, hərbi, dövlət idarəçiliyi və diplomatik korpuslara soxulmağı bacarırlar. Bütün bunlar tam şəkildə zərərsizləşdirilməlidir. İnanıram ki, Türkiyə bunun öhdəsindən gələcək. ABŞ Türkiyə-Rusiya yaxınlaşmasından narahatdır. Bu vəziyyət ABŞ-a sərf etmir. Eyni zamanda, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi Qarabağ probleminin həllində müsbət rol oynayacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana etdiyi sonuncu səfərdə də demişdi".

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Ruslan Qurbanov da iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı fikirlərini bölüşüb: "Türkiyə xalqı qanuni prezidenti və ölkənin suverenliyi üçün ayağa qalxdı. Türkiyədə çevrilişə cəhd edənlər Ukraynada da çevriliş edib, Rusiyanı qarışdırmaq istəyirlər. Gülənin yaşıl kart iddiası ləğv edildi. Bundan sonra o, məhkəməyə müraciət etdi. Məhkəmədə onun tərəfini tutanlar arasında CİA-nın sabiq üzvləri George Fidas və Graham Fuller, ABŞ-ın Ankaradakı keçmiş səfiri Morton Abramoviç də var. Gülən ABŞ-ın köməyi ilə əlaltılarını Türkiyənin dövlət orqanlarına sızdırıb. Türk xalqının qəhrəmanlığı sayəsində hərbi çevrilişə cəhdin qarşısı alındı".

Samir

Digər xəbərlər