PDF Oxu

Siyasət

  • 31

Yay məktəbi layihəsi başa çatıb

Yay məktəbi layihəsi başa çatıb

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi başa çatıb.

Layihəyə uyğun olaraq, Bakı, Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərində məktəblilər üçün hər biri iki gün olmaqla yay məktəbləri təşkil olunub. Yay məktəblərində sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 200-ə yaxın şagird iştirak edib.

Layihə müddətində şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Biznes mənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. Həmçinin, məktəblilər "Mən bir aktyoram" sosial tamaşasına və "Nə? Harada? Nə zaman?" intellektual oyununa qatılıblar.

Qeyd edək ki, layihə Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı, "Şərq-Qərb" Nəşriyyat Evi" GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, "YouthInc" Gənclərin Sahibkarlıq Proqramı, "SABAH" qrupları, "Bir" Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilib.

"Azərbaycan üçün öyrət" layihəsi ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.

NƏZAKƏT

Digər xəbərlər