PDF Oxu

Siyasət

  • 23

“SƏS Media Qrupu daha bir diploma layiq görülüb

“SƏS Media Qrupu daha bir diploma layiq görülüb

Bu gün "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev daha bir diploma layiq görülüb. SİA-nın məlumatına görə, diplom Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva tərəfindən "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyevə təqdim olunub.Birlik sədri Bəxtimşah Tağıyeva deyib ki, diplom "SƏS" Media Qrupunun rəhbərliyinə milli dövlətçiliyin, gənc nəslin milli vətənpərvərlik tərbiyəsində, ölkənin ictimai-siyasi həyatında yüksək vətənpərvərlik, vətəndaş mövqeyi nümayiş etdirdiyinə, gənclərin mənafelərini müdafiə edən məsələlərdə fəal mövqe tutduğuna, Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinə göstərdiyi diqqət, qayğıya və təmənnasız köməyə, mətbuat sahəsində göstərdiyi fəal xidmətlərə və Milli Mətbuatın 141 illiyi münasibətilə verilir.Sonda Media Qrupun əməkdaşları ilə Birlik sədri arasında xatirə şəkili çəkdirilib.

sia.az

Digər xəbərlər