PDF Oxu

Siyasət

  • 15

Politoloq: "Ermənistan sülh danışıqlarını pozmaq üçün oyunlara əl atır" AÇIQLAMA

Politoloq: "Ermənistan sülh danışıqlarını pozmaq üçün oyunlara əl atır" AÇIQLAMA

"Ermənistandakı etirazçılar əvvəlcə 8 nəfər olublar. Onlar polis şöbəsinə basqın ediblər. Orada cəmi 8 polis olub. Polisləri tərkisilah edib, birini də yaralayıblar. Sonra ultimatumlar, bəyanatlar verməyə başlayıblar ki, guya məqsədləri Ermənistanda hakimiyyəti dəyişməkdir. Daha sonra isə deyiblər ki, onlar guya bölgədə ədalətli sülh uğrunda mübarizə aparırlar və Rusiyanın araçılığı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqlarının perspektivlərinə inanmırlar. Guya Rusiya Azərbaycanpərəst mövqe tutur. Bütün bu proseslər ssenariləşdirilmiş oyunlardır. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin danışıqlarını pozmaq üçün belə əməllərə əl atır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, ortada hələ heç nə olmadığı, bağlanacaq sülh müqaviləsinin bütün detallarını heç kimin bilmədiyi halda belə oyunların oynanılması danışıqlara zərbə vurmaq məqsədi daşıyır: "Bu oyunun başında ya Serj Sarkisyan, ya da onun əlaltılarından biri dayanır. Onlar Rusiyaya guya əhalinin narazı olması, təqdim olunan sülh müqaviləsinə qarşı çıxa biləcəyi haqda mesaj göndərmək istəyirlər. S.Sarkisyan hakimiyyətə qan üstündə gəlib. 8 nəfərlik silahlı dəstəyə hücum etmək və ya diri ələ keçirmək üçün kənardan müasir silahlarla atəşə tutub həmin adamları susdurmaq çox çətindir? Həmin etirazçılarla danışıqlara getmək və üstəlik guya Dağlıq Qarabağdan vasitəçilərin meydana gəlməsi hər şeyi aydınlaşdırır. Ermənistan sülh danışıqlarını pozmaq üçün belə oyunlara əl atır".

sia.az

Digər xəbərlər