YAP Daşkəsən rayon təşkilatı rayonun Əhmədli kəndində partiya fəalları ilə görüş keçirib
İyulun 26-da Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı rayonun Əhmədli kəndində partiya fəalları ilə görüş keçirib.Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı ilə əlaqədar kənd sakinlərinə hərtərəfli məlumat verilib, maarifləndirmə işləri aparılıb. Diqqətə çatdırııb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. O cümlədən, konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunub, eyni zamanda, referendumun keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib.
Görüşdə kənd sakinləri - Vüsal Qurbanov, Səadət Məmmədova, Samir Məmmədov və başqaları çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktını dəstəklədiklərini bildiriblər.
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.
Rəfiqə KAMALQIZI