PDF Oxu

Siyasət

  • 27

Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Referendum üzrə təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, yığıncağın gündəliyinə iki məsələ - Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyənləşdirilməsi daxil edilib.Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi haqqında geniş məlumat verən təşkilat sədri söyləyib ki, layihə Konstitusiya Məhkəməsi tərəfindən yekdilliklə bəyənilərək təsdiq edililib: "Ötən gün Azərbaycan Prezidenti tərəfindən Referendumun keçirilməsi haqqında imzaladığı sərəncama əsasən sentyabrın 26-da ölkəmizdə referendum seçkiləri keçiriləcək. Konstitusiyamıza əsasən, siyasi partiyalar seçkilərdə rəsmi şəkildə iştirak edə bilər. Bu baxımdan biz siyasi həmfikirlərimizdən ibarət təşəbbüs qrupu yaratmalıyıq. Referendum aktı ilə bağlı bütün tədbirlər, təbliğat-təşviqat kampaniyasi həmin qrup tərəfindən həyata keçirilməlidir. Yeni Azərbaycan Partiyası özünün 60 rayon təşkilatına bu səlahiyyətləri verib. Ümumiyyətlə, təşəbbüs qrupu partiyanın 50 təşkilatında yaradılacaq və 2000 üzvdən ibarət olacaq".Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib ki, hər kəs Referendum aktı layihəsinin həyata keçməsində fəal olmalıdır. S.Qəhrəmanova bildirib ki, Azərbaycan vətəndaşlarının dünyagörüşü 20 il bundan öncəki ilə müqayisədə kəskin şəkildə dəyişib: "Bu da əlbəttə, ideologiyamızın, ölkəmizin inkişafından irəli gələn məsələdir. Sovetlər Birliyindən ayrıldıqdan sonra Azərbaycan xalqı üçün yeni qapılar açılıb. Yeni qanunların qəbulu ilə yanaşı Konstitusiyamıza dəyişikliklər də edilib. Ölkəmiz inkişaf etdikcə bu dəyişikliklərə daha da zərurət yaranır".Daha sonra söz alan SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, hər bir partiyanın fəaliyyəti onun seçkilərdəki qələbələri ilə ölçülür: "Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumda da öz mövqeyini, gücünü ortaya qoymalıdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən irəli sürülən təkliflər zərurətdən irəli gəlir, zamanın tələbidir. Bu dəyişikliklər Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, çevik idarəçilik mexanizminin tətbiqinə geniş imkanlar yaradacaq. Xüsusilə, bu dəfə təklif olunan dəyişikliklər ölkəmizi bir sıra problemlərdən sığortalamaqla yanaşı, vətəndaşlarımızın hüquqlarının modern cəmiyyətə uyğunlaşdırmaq məqsədi daşıyır".B.Quliyev əlavə edib ki, Referendum üzrə yaradılacaq təşəbbüs qruplarının namizədləri xüsusi seçilməlidir.Yığıncaqda 81 nəfərdən ibarət ilk təşəbbüs qrupu yaradılıb.Daha sonra referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün (10 nəfər iclas içtirakçısına 1 nəfər nümayəndə təyin etməklə) 8 nümayəndə müəyyən edilib.

sia.az

Digər xəbərlər