PDF Oxu

Siyasət

  • 25

"Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik"

"Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik"

Bu mövzuda Balakən rayonunda regional konfrans keçirilib

"Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir." Bu fikir iyulun 27-də Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda keçirilən regional konfransda səsləndirilib. Rayon icra hakimiyyəti başçısının birinci müavini Azad Balayev tədbiri açaraq, rayondakı mövcud dini durum barədə məlumat verib. Vurğulanıb ki, iyirmiyə yaxın milli azlığın yaşadığı Balakən rayonu həmişə tolerantlığı və multikultural dəyərləri ilə tanınıb. Burada müxtəlif xalqların nümayəndələri, uzun illərdir ki, dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsinə, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və təşviqinə nail olmaq, bu sahədə qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb: "Azərbaycanda multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib".

M.Qurbanlı onu da bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ideoloji prinsiplərinin ana xəttini Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası təşkil edir. Azərbaycanda milli-mənəvi dəyərlərə, burada yaşayan xalqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılıb. Tolerantlıq Azərbaycan xalqının ən yüksək dəyərlərindən biridir. Azərbaycanda islam dini ilə bərabər, digər dinlərə də hörmət və ehtiram göstərilir.

Məruzə ətrafında müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

Rəfiqə

Digər xəbərlər