PDF Oxu

Siyasət

  • 14

Politoloqlar Qroznıda Dağlıq Qarabağı müzakirə etdilər

Politoloqlar Qroznıda Dağlıq Qarabağı müzakirə etdilər

Qroznıda "Qafqaz dialoqu 2016" adlı beynəlxalq forum keçirilir. SİA-nın xəbəırinə görə, iyulun 31-dək davam edəcək forumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiydan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak edirlər.Forumun ilk günündə "Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi"adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatoru qismində çıxış edən rusiyalı politoloq Serqey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb.Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov çıxışında forum iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini bildirib. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirərək ölkəmizin mövcud vəziyyətlə barışmayacağını qeyd edib.Politoloq Zaur Məmmədov çıxışında münaqişəyə hüquqi konteksdən yanaşaraq erməni tərəfini açıq-aşkar beynəlxalq hüququ pozduğunu qeyd edib: "Erməni tərəfi açıq aşkar beynəlxalq hüququ pozur. BMT və digər təşkilatların münaqişəyə dair qətnamələri təəsüflər olsun kı, bu ölkə tərəfindən qulaq ardına vurulur".

sia.az

Digər xəbərlər