"Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycanın dövlət başçısı İlham Əliyevlə, 9-da isə Rəcəb Tayip Ərdoğanla görüşəcək". BunuSİA-ya millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, cənab İlham Əliyevlə görüş Bakıda, Türkiyə prezidenti ilə görüş isə Sankt-Peterburqda olmalıdır: "Fikrimcə, həm də Azərbaycanın regionda oynadığı rolu ortaya qoyan bu görüşlər bizim maraqlarımız baxımından olduqca əhəmiyyətlidir. Bu görüşlər Dağlıq Qarabağ probleminin həllinə təsirsiz ötüşməyəcək".Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Sankt-Peterburqa gedəcək. Rusiya mətbuatına istinadən məlumata görə, bunu Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib.Onun sözlərinə görə, görüşdə Moskva və Ankaranın əlaqələrinin qısa müddət ərzində bərpa edilməsi müzakirə olunacaq.Rusiya prezidenti Ərdoğanla görüşdən bir gün öncə — avqustun 8-də Azərbaycana səfər edəcək. Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri — İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək.
sia.az