PDF Oxu

Siyasət

  • 30

Əliməmməd Nuriyev: "Dəyişikliklər Azərbaycanın inkişafında yeni dövr başladacaq" AÇIQLAMA

Əliməmməd Nuriyev: "Dəyişikliklər Azərbaycanın inkişafında yeni dövr başladacaq" AÇIQLAMA

"Konstitusiyaya təklif edilən dəyişikliklər dünyada və ölkəmizdə gedən proseslərlə bağlıdır və indiki çağırışlara cavab verir. Dəyişikliklər xüsusilə iqtisadi inkişafın davamlılığını təmin etmək üçün önəmlidir". Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.O qeyd edib ki, təklif olunan dəyişikliklərdə sahibkarlıq sahəsinin inkişafı ilə bağlı aydın normaların olması çox mühüm məqamdır: "Artıq burada dövlətin sahibkarlığın inkişafına müdaxilə imkanının hansı hədlərə qədər olduğu göstərilib. Bu, çox vacib məsələdir. Digər tərəfdən özəl mülkiyyətdən, torpaqlardan səmərəli istifadə, xüsusi mülkiyyətin sosial öhdəlikləri, hüquqlardan sui-istifayə yol verilməməsi, şəxsi sirrin qorunmasının etirbarlılıq dərəcəsinin daha da artırılması, dövlət orqanlarında vətəndaşlara münasibətdə vicdanlı davranışın tələb edilməsi ilə bağlı normalar ilk növbədə vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasını, konstitusion təminatları gücləndirir".Ə.Nuriyev bildirib ki, vitse-prezident institutunun yaradılması ilə bağlı məsələ də mühüm məqamdır: "Vitse-prezident institutunun yaradılması idarəetmədə çevikliyin daha da artırılması, iqtisadi islahatlarla yanaşı, siyasi islahatların daha da dərinləşməsi, buna paralel olaraq aparılması və bir-birini tamamlamasını təmin etməyə xidmət edir. Bu institut icra hakimiyyətinin daha səmərəli, rasional və çevik fəaliyyət göstərməsini şərtləndirəcək. Dünyanın 60-dan çox ölkəsində belə institutlar var".O əlavə edib ki, dəyişikliklərdə, həmçinin ölkənin suverenliyinə təhdidlərdən müdafiə, silahlı qüvvələrin təkmilləşdirilməs və digər məslələr yer alıb: "Dünyada baş verən münaqişələr və müharibələr yeni etibarlı təhlükəsizlik sisteminin yaradılması ilə bağlı mühüm normaların konstitusiyaya gətirilməsini vacib edir. Dəyişikliklər Azərbaycanın inkişafında yeni dövr başladacaq, dövlətin səmərəli, çevik fəaliyyət göstərməsi, yaxşı idarətetmənin tətbiqi imkanlarının genişləndirilməsinə əlavə təminatlar yaradacaq, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, dövlətimizə, ölkəmizə qarşı təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq".

sia.az

Digər xəbərlər