Bu gün "Yeni Azərbaycan" təşəbbüs qrupunun Yevlax şəhəri üzrə nümayəndələrinin ilk yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda 57 nəfər YAP Yevlax şəhər təşkilatının fəalları iştirak ediblər. Yığıncağın sədri YAP Yevlax şəhər təşkilatının sədri, millət vəkili İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ümümxalq səsverməsi ( Referendum) keçirilməsi məqsədi ilə sərəncamı və Referendum Aktının layihəsinin mahiyyəti haqqında geniş məlumat verib.O, Konstitusiyasında dəyişikliklər edilməsinin ölkəmiz üçün faydalılığından bəhs edərək bildirib ki, ölkə inkişaf etdikcə, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, ölkəmiz beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır:" Bilirik ki, Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunub. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. Ölkəmizin sürətlə inkişaf etməsini nəzərə alsaq indi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsinin zəruriliyinin bir daha şahidi olarıq. Hər bir dövlətdə bu cür addımlar atılır. Konstitusiyanın qəbulundan 20 ildən artıq vaxt keçib, zərurət yarandıqca mərhələli şəkildə bu addımlar bizim ölkəmizdə də atılmalıdır. Dəyişikliklərədə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirlməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur".YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri yığıncağın katibi Əli Quliyev referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması texniki tərəfləri barədə geniş məlumat verərək bildirib ki, biz əminik ki, "Yeni Azərbaycan" təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək. Başlıca məqsədimiz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələlərin mahiyyətini seçicilər arasında geniş və hərtərəfli şəkildə təbliğ etməkdir.YAP Yevlax şəhər təşkilatı İdarə heyətinin üzvü Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək bildirib ki, Cənab Prezidentimizin müvafiq sərəncamına əsasən Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər birimiz çox yaxşı dərk edirik:"Təşəbbüs qrupunun bundan sonrakı fəaliyyəti və aparacağı kompaniya üçün təqdim olunan səlahiyyətli nümayəndələrin siyahısı hesab edirəm ki tam dolğun və əhatəli şəkildə hazırlanıb . Siyahının aşağıdakı tərkibdə təsdiq edilməsinin tərəfdarıyam".YAP Yevlax şəhər təşkilatının şura üzvü Minnət Mürsəlov və Gənclər Birliyinin sədri Ariz Mikayılov gündəlikdə duran məsələ ilə bağlı öz fikirlərini bildirərək qeyd ediblər ki, biz hər birimiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə müdafiə edir və dəstəkləyirik. Konstitusiyaya təklif olunan dəyişiklər xalqımızın və dövlətimizin gələcəyi üçün atılan uğurlu addımdır. İnanırıq ki, "Yeni Azərbaycan" təşəbbüs qrupunun bu istiqamətdə apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərimizin böyük əksəriyyəti seçkilərdə iştirak edərək Konstitusiyaya təklif olunan dəyişiklərə müsbət şəkildə səs verəcəklər.Sonda 57 nəfər təşviqat qrupu üzvlərinin imzası ilə protokol tərtib olundu. Təşviqat üzvlərinin Bakı şəhərində keçiriləcək geniş tərkibli iclasına 5 nəfər nümayəndə heyəti seçildi.
sia.az