PDF Oxu

Siyasət

  • 25

Oğuzda Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncağ keçirilib

Oğuzda Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncağ keçirilib

Dünən YAP Oğuz rayon təşkilatında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və Referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib. Yığıncağa sədrlik edən Saleh Məhərrəmov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (Referenduma) çıxarılması barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən bəhs edib: "Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca, münasibətlərin tənzimlənməsi üçün konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır".

Saleh Məhərrəmov onu da bildirib ki, konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməklə, əhalini məsələ ilə bağlı tam məlumatlandırmalıyıq.

Tədbirdə YAP Oğuz rayon təşkilatının idarə heyətinin üzvü, təşkilatın qadınlar şurasının sədri Mariya Həsrətova, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədr müavini Yusif Naxçıvanlı və digərləri çıxış edərək yaranacaq ,,Yeni Azərbaycan" təşəbbüs qrupunun aparacağı işlərin öz uğurlu nəticəsini verəcəyinə və bunun nəticəsi olaraq seçicilərin böyük əksəriyyətinin konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacağına əminliklərini ifadə ediblər.

Yığıncaqda 53 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfər yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

Rəfiqə

Digər xəbərlər