PDF Oxu

Siyasət

  • 26

Bala Kərimlinin "gizli missiyası"

Bala Kərimlinin "gizli missiyası"

Və yaxud onun Senatla nə əlaqəsi

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendumun keçirilməsi mövzusu gündəmə gəldikdən sonra bir sıra ənənəvi müxalifət partiyaları, o cümlədən AXCP sədri Əli Kərimli, necə deyərlər, "daş atıb-başını tutdu" ki, sən demə, sözügedən qərar "demokratiya maraqlarını boğur" və s. Əslinə qaldıqda, onlar uzun müddət idi ki, danışmağa, siyasi gündəmdə qalmağa mövzu tapa bilmirdilər.

AXCP sədri Ə.Kərimli, hər zaman olduğu kimi, yenə də düşüb sosial şəbəkənin canına ki, bəs daha dözmür, belə yaşam onu incidir və nə etməli, küçələrə çıxmaq lazımıymış... Bununla da ürəyi soyumayan Ə.Kərimli başqa bir çıxış yolu axtarıb. Nə etsin, necə etsin ki, oğlu bala Kərimlini, yəni Türkel Kərimlini Vaşinqtona göndərsin, o da orada görüşlər keçisin.

Göründüyü kimi, Ə.Kərimlidə həyasızlığın sonu görünmür. Ə.Kərimlinin oğlunun Vaşinqtionda görüşlər keçirməsi və onunla görüşənlər nə fikirləşib və nə əldə etmək istəyiblər? Azərbaycanın özündə Bristol macəralarından başqa heç nə ilə tanınmayan T.Kərimli Vaşinqtonda ciddi siyasət adamlarının diqqətini nə ilə çəkə bilərdi? Axı normal halda, senator Dik Durbinin ofisində, hətta durbini dik qoyub baxsalar belə, Azərbaycanın siyasi həyatında bala Kərimlini görmək mümkün deyil ki, onu ABŞ-a dəvət etsinlər.

Əli Kərimlinin casus oyunu

Casus oyunu təkcə bununla yekunlaşmır. Məsələ ondadır ki, Ə.Kərimli xarici pasportu olmadığı üçün Amerikaya gedə bilmir və referendum ərəfəsində bala Kərimlinin hansı siyasəti görünəcək. Bir də satılmış Kərimlinin oğlu da özü kimi satqın və casus olmalıdır.

YAP İcra katibini müavini, millət vəkili Siyavuş Novruzov demişkən: "Əslində, Əli Kərimli çoxdan satılıb, sadəcə, onu hazırkı məqamda alan yoxdur. Hətta Gültəkin Hacıbəyli Ə.Kərimlini bazara çıxarsa da, onu alan tapılmır. Ə.Kərimli zamanında da, indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bu satılmışlıqların sayı-hesabı çoxluğundan itib."

Beləliklə, Dövlət Departamentinin hansısa rəsmisi, hansısa senator, hansısa konqresmen üçün Ə.Kərimlinin oğlu niyə maraq doğurmalıdır? Xüsusilə də, əgər onun Ə.Kərimlinin oğlu olmaqdan başqa heç bir işi-peşəsi, ictimai-siyasi statusu yoxdursa? Maraqlıdır, görəsən, onu görüşlərdə necə təqdim ediblər: "Türkel Kərimli, Əli Kərimlinin oğlu" şəklindəmi?

Görünür, bala Kərimli pasportsuz atasının özəl bir missiyasını bu yolla yerinə yetirmək istəyir. Ancaq 23 ildir ki, itirə-itirə, səfləri pozula-pozula parçalanan və dağılan müxalifətin, hər hansı bir layihəyə qarşı çıxmasının özü gülünc və istehzadoğurucudur. Siyasətdə olduqları müddətində dəfələrlə seçkiləri və referendumları boykot etmələrinə rəğmən, özlərini daha pis duruma sürükləyiblər. Onlara sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında "varlıqlarını" sübut etməyə çalışsınlar.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər