PDF Oxu

Siyasət

  • 13

Nəsimili "Gənc İlhamçılar"ın Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

Nəsimili "Gənc İlhamçılar"ın Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

Nəsimi rayonunun aztəminatlı ailələrindən olan və Qarabağ müharibəsi əlilləri və veteranlarının, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 150 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən İstək liseyinin Quba filialının ərazisində təşkil olunmuş vətənpərvərlik təmayüllü, ödənişsiz "Gənc İlhamçılar" yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilmişdir. Nəsimi rayon icra hakimiyyəti tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə silsilə tədbirlər keçirilmişdir.

Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir. Uşaqların Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım, Muzey-Kompleksinə gəzintiləri təşkil olunmuşdur.

Düşərgənin bir günü Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində təşkil olunmuş, burada məktəblilər hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuşlar.

Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni qonaqlar, şagirdlərin birgə ifası ilə başlanmışdır. Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.

ÜLVİ

Digər xəbərlər