PDF Oxu

Siyasət

  • 21

YAP Yevlax şəhər təşkilatında Referendumla bağlı "Yeni Azərbaycan" təşviqat qrupu yaradıldı

YAP Yevlax şəhər təşkilatında Referendumla bağlı "Yeni Azərbaycan" təşviqat qrupu yaradıldı

Dünən "Yeni Azərbaycan" təşviqat qrupunun Yevlax şəhəri üzrə nümayəndələrinin ilk yığıncağı keçirilib. Yığıncaqda çıxış edən YAP Yevlax şəhər təşkilatının sədri, millət vəkili İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbyacan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ümümxalq səsverməsi ( Referendum)" keçirilməsi məqsədi ilə Sərəncamı və Referendum Aktının layihəsinin mahiyyəti haqqında geniş məlumat verib: "Ölkə inkişaf etdikcə, dövlət srukturlarında islahatlar həyata keçirildikcə, ölkəmiz beynəlxalq Konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. Ölkəmizin sürətlə inkişaf etməsini nəzərə alsaq, indi də növbəti Referendumun keçirilməsi və dəyişikliklərin edilməsinin zəruriliyinin bir daha şahidi olarıq. Hər bir dövlətdə bu cür addımlar atılır. Konstitusiyanın qəbulundan 20 ildən artıq vaxt keçib, zərurət yarandıqca mərhələli şəkildə bu addımlar bizim ölkəmizdə də atılmalıdır".

YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması texniki tərəfləri barədə barədə geniş məlumat verərək əminliklə bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir: "Başlıca məqsədimiz konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələlərin mahiyyətini seçicilər arasında geniş və hərtərəfli şəkildə təbliğ etməkdir".

YAP Yevlax şəhər təşkilatı idarə heyətinin üzvü, qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək bildirib ki, YAP Yevlax şəhər təşkilatının şura üzvü Minnət Mürsəlov və rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov və digərləri çıxış edərək gündəlikdə duran məsələ ilə bağlı öz fikirlərini bildirərək qeyd ediblər ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə müdafiə edir və dəstəkləyirik: "Konstitusiyaya təklif olunan dəyişikliklər xalqımızın və dövlətimizin gələcəyi üçün atılan uğurlu addımdır. İnanırıq ki, "Yeni Azərbaycan" təşəbbüs qrupunun bu istiqamətdə apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərimizin böyük əksəriyyəti seçkilərdə iştirak edərək, konstitusiyaya təklif olunan dəyişiklərə müsbət şəkildə səs verəcəklər".

Sonda 57 nəfər təşviqat qrupu üzvülərinin imzası ilə protokol tərtib olunub və onlardan 5 nəfəri "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

RƏFİQƏ

Digər xəbərlər