"Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanının inkişafının davamlılığını təmin etmək üçün əhəmiyyətli addımdır. Hər yeni addım cəmiyyəti yeniliklərə aparır. Dəyişikliklər ölkəmizdə insan hüquqlarını, dövlət idarəçilik, təhlükəsizlik sistemini və digər sahələri daha da təkmilləşdirəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev deyib.O qeyd edib ki, dəyişikliklər ölkəmizdə gənclərə daha böyük imkanlar yaradaq: "Gənclərimiz ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Dövlətimiz onlar üçün çox böyük şərait yaradıb. Bu dəyişikliklər də gənclərimizin inkişafı üçün mühüm məqamdır. Təklif olunan dəyişikliklər hüquqi cəmiyyətin yüksək səviyyədə formalaşmasına, demokratiyanın daha da inkişafına xidmət edəcək. Dəyişikliklər xalqımıza xeyir gətirəcək".Millət vəkili əlavə edib ki, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu dövlət idarəçilik sisteminin fəaliyyətini daha səmərəli edəcək və faydalı iş əmsalını artıracaq
sia,az