PDF Oxu

Siyasət

  • 21

"Gənclərə seçib-seçilmək hüququnun verilməsi vacib məsələdir” AÇIQLAMA

"Gənclərə seçib-seçilmək hüququnun verilməsi vacib məsələdir” AÇIQLAMA

"Ümumxalq səsverməsi üçün nəzərdə tutulan bütün maddələr Azərbaycan cəmiyyətinin inkişafına, dövlətçiliyin daha da möhkəmlənməsinə yönəlib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərin referenduma çıxarılması lazımlı, Konstitusiya Məhkəməsinin də həmin dəyişiklikləri dəyərləndirməsi müsbət haldır: "Referenduma çıxarılmaq üçün təklif edilən müddəalar, dəyişikliklər, bütövlükdə ölkənin həyatını yeniləşdirəcək, yeni keyfiyyət gətirəcək. Dövlət idarəçiliyi sistemi səmərəli fəaliyyət göstərəcək, qərarların qəbul edilməsi sürətləndiriləcək. Bu, bütövlükdə dövlət idarəçiliyini daha səmərəli və faydalı edəcək. Ölkəmizin dövlət idarəçiliyində yeni bir keyfiyyət səhifəsi açılacaq".Təklif edilən dəyişikliklərə əsasən 18 yaşlı gənclərin deputat seçilmək hüququ qazanması məsələsinə gəlincə M. Qasımlı söyləyib ki, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır: "Əgər bir gənc 18 yaşında səs verə bilirsə, heç şübhəsiz onun seçilmə şansı da var. Bu mənada gənclərə seçib-seçilmək hüququnun verilməsi vacib məsələdir".

sia.az

Digər xəbərlər