PDF Oxu

Siyasət

  • 21

Politoloq: “ABŞ-da seçiciləri Putinlə qorxudurlar”AÇIQLAMA

Politoloq: “ABŞ-da seçiciləri Putinlə qorxudurlar”AÇIQLAMA

"Barak Obamanın Rusiyanın ABŞ-ın daxili işinə qarışdığını iddia etməsi siyasi oyundur. Bütün dünya bilir ki, Amerikanın kəşfiyyat orqanları başqa ölkələrinin daxili işlərinə qarışır və bu, dəfələrlə sübut olunub". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.O qeyd edib ki, Amerika çıxılmaz vəziyyətdə qalıb: "Barak Obama da, Hillari Klinton da eyni partiyanın təmsilçiləridir. Amerikada adətən partiya təmsilçiləri rotasiya qaydası ilə bir-birini əvəzləyir. Onlar 8 ildir Amerikanı idarə edirlər. İndi ən azı növbəti 4 il müddətinə idarə etmək üçün bütün variantlardan istifadə etməyə çalışırlar. Bütün hallarda Rusiya Donald Trampın hakimiyyətə gəlməsində o qədər də maraqlı deyil. Çünki Trampla Hillari Klinton nə qədər əks mövqelərdə olsalar da, Trampın siyasi təcrübəsi yoxdur. Əslində onların heç biri Amerika prezidentliyinə layiqli namizəd deyillər. Ancaq ikisi arasında seçim edəndə, Klinton daha layiqlidir".Politoloq bildirib ki, ABŞ-da seçki öncəsi zaman-zaman belə oyunlardan istifadə olunub: "Əgər Rusiya Amerikanın daxilini qarışdıra bilirsə, deməli ABŞ dövləti düzgün fəaliyyət göstərmir. Onda Obama niyə bunu etiraf edir? Bu, ağlabatan deyil. Uşağı xortdanla qorxudan kimi, ABŞ-da da seçiciləri Putinlə qorxudurlar".

siaşaz

Digər xəbərlər