PDF Oxu

Siyasət

  • 20

Qusarda Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Qusarda Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə nəzər salaraq, bunun zəruri olduğunu vurğulayıb. O, qeyd edib ki, Referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir: "Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə (Referenduma) çıxarılır. Əlavə və dəyişikliklər ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və s. zərurətindən, bütövlükdə, Azərbaycan xalqının mənafeyinin qorunmasından irəli gəlir".

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, bu gün xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir. Yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunun aparacağı işlərin uğurlu nəticə verəcəyini bildirən millət vəkili, ölkəmizin hər yerində olduğu kimi, Qusar rayon seçicilərinin də konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə müsbət yanaşacaqlarını ifadə edib.

Yığıncaqda 54 nəfərdən ibarət ilk təşəbbüs qrupu yaradılıb. Həmçinin yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə müəyyən edilib.

NƏZAKƏT

Digər xəbərlər