"Ümumiyyətlə Ermənistanın daxilində vəziyyət olduqca çətindir. Sosial, siyasi proseslər hakimiyyətin ziyanına işləyir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, hakimiyyət sadəcə olaraq vəziyyəti idarə edə bilmir: "Beləcə Serj Sarkisyan quldur dəstəsinin hakimiyyətdə qalmaq şansları azalır. Çünki orada narazılıq çox böyükdür. Ölkədə sosial, iqtisadi və s. problemlər var. Hesab etmirəm ki, rəsmi İrəvandakı proseslər Qarabağla bağlıdır. Amma səfalət içərisində olan bir ölkəni idarəetmək artıq mümkün deyil. Məhz buna görə də Ermənistanda narazılıq genişmiqyas alıb. Sarkisyan hakimiyyətdən getməlidir. Bu aydın məsələdir. Güman edirəm ki, proseslərin arxasında Rusiya dayanır. Hesab edirəm ki, rəsmi Moskva bu cür prosesi başlamaqla Sarkisyanı göndərməyə hazırlaşır və onun yerinə özünün adamını gətirmək niyyətindədir. Bütün proseslər ondan xəbər verir".
sia.az