PDF Oxu

Siyasət

  • 26

Asim Mollazadə: “Ermənistanın qarşısında konkret hədəflər göstərilib” AÇIQLAMA

Asim Mollazadə: “Ermənistanın qarşısında konkret hədəflər göstərilib” AÇIQLAMA

"Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi İrəvanın qarşısında konkret hədəflər göstərilib". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, ATƏT həmsədr ölkələri bu istiqamətdə eyni mövqedən çıxış edib: "Söhbət ondan gedir ki bu məsələlər Ermənistan sülh istiqamətində addımından, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından və BMT-nin məlum qətnamələrinin icrası ilə bağlıdır. Əgər bu addımlar atılarsa real sülh danışıqları başlana bilər. Beləcə həmin danışıqlar konkret nəticələr verə bilər. Lakin Ermənistan hər zaman olduğu kimi hansısa bir fürsətdən istifadə edərək bu qərarın icrasından yayınmaq istəyir. Əgər rəsmi İrəvan bu qərara əməl etməyəcəksə yenə də hansısa hiylələrə əl atacaq. Təbii ki, o zaman bölgədə stabillik üçün böyük təhlükə yaranacaq".

sia.az

Digər xəbərlər