PDF Oxu

Siyasət

  • 30

Tamerlan Vahabov: “Rusiya stabilliyin təmin olunmasına çalışır” AÇIQLAMA

Tamerlan Vahabov: “Rusiya stabilliyin təmin olunmasına çalışır” AÇIQLAMA

"Ermənistanda başlanan izdihamlı mitinqlər siyasi, iqtisadi və sosial problemlərin cərəyan etdiyi bir dövrdə baş verib". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Ekspertin sözlərinə görə, rəsmi İrəvanda baş verənlərin əsas səbəbi ölkənin menecmentidir: "Yəni ölkə rəhbərliyinin səriştəsizliyi və xalqın dəstəyinin olmamasıdır. Təbii ki, bu da legitimliyə gətirib çıxarır. Ümumiyyətlə legitimliyi, xalqın dəstəyi olmayan hər hansı bir hakimiyyət əvvəl-axır siyasi iflasa düçar olmağa çox yaxındır".Rusiyanın bu proseslərdəki roluna gəlincə Tamerlan Vahabov əlavə edib ki, rəsmi Moskva regionun ən böyük və nüfuzlu dövlətlərindən biridir: "Təbii ki, Rusiya istəməzki sərhədlərində hər hansı qeyri-stabillik olsun. Yəqin ki, Rusiya bu məsələnin həllində maraqlı olacaq. Rusiya stabilliyin təmin olunmasına çalışır".

sia.az

Digər xəbərlər