PDF Oxu

Siyasət

  • 40

Sədr: “İki partiyanın bir-birlərinə münasibətləri mənə maraqlı deyil” AÇIQLAMA

Sədr: “İki partiyanın bir-birlərinə münasibətləri mənə maraqlı deyil” AÇIQLAMA

Ümumiyyətlə Müsavat başqanının müavini Tofiq Yaqublunun AXCP-nin sədr müavinliyə gətirilməsində onun qızı Nigar Yaqublunun Seymur Həzi ilə izdivacından asılı olmasını qeyri ciddi hesab edirəm". Bunu SİA-ya Vahid Azərbaycan Partiyası Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı deyib.Sədr deyib ki, o siyasi münasibətlərin siyasi münasibətlərə qarışdırılmasının tərəfdarı deyil: "Ümumiyyətlə isə o iki partiyanın bir-birlərinə münasibətləri mənə qəti maraqlı deyil".Qeyd edək ki, bu gün Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu 17 saylı cəzaçəkmə müəssisəsində Seymur Həzi ilə nikaha girəcək. Bu barədə sosial şəbəkələrdə Nigarın dostları məlumat yayıb. Məlumatda qeyd olunur ki, 1 avqust saat 12:30-da 17 saylı cəzaçəkmə müəssisəsində Seymur Həzi ilə Nigar Yaqublunun nikah mərasimi baş tutacaq.Xatırladaq ki, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib.O, xuliqanlıqda ittiham olunur.

sia.az

Digər xəbərlər