PDF Oxu

Siyasət

  • 35

YAP Binəqədi rayon təşkilatında Referendum üzrə təşəbbüs qrupu yaradıldı

YAP Binəqədi rayon təşkilatında Referendum üzrə təşəbbüs qrupu yaradıldı

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (Referendum) ilə bağlı yığıncaq keçirildi. Yığıncaqda Binəqədi rayonunda referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması müzakirə olundu.

Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün mühüm əhəmiyyətindən danışaraq bildirdi.

Yığıncaqda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verdi.

Milli Məclisin deputatı Kəmaləddin Qafarov da çıxışında ölkə Prezidenti İlham Əliyev tərəfindən konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin müasir dövrün tələblərdən irəli gəldiyini bildirdi.

Yığıncaqda YAP Binəqədi rayon təşkilatının Referendum üzrə ilkin təşəbbüs qrupuna 72 nəfərdən ibarət üzv və YAP-ın Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupuna təmsilçilik normaları nəzərə alınmaqla 7 nəfərdən ibarət heyət seçildi.

Yığıncağın sonunda YAP Binəqədi rayon təşkilatının şura üzvləri Rəfiqə Budaqova və Gülnarə Həşimova rayon təşkilatının fəaliyyətində fəal iştiraklarına və 70 illik yubileyləri münasibətilə Fəxri Fərmanla təltif edildilər.

Nəzakət

Digər xəbərlər