"Ermənistanda xalq başa düşür ki, ermənilər Serj Sarkisyanla çox gedə bilməyəcəklər. Sarkisyan rejimi hakimiyyətə gələndən indiyədək orada insanlar qırılır". Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.O qeyd edib ki, Ermənistanda baş verən geniş etiraz aksiyaları Sarkisyan rejimindən təngə gələn xalqın konsturiktiv lider axtarşı ilə bağlıdır: "Ermənistanda başqa liderlər də olub və onlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən təkliflər veriblər. Lakin həmin liderlər hakimiyyətə gələ bilməyiblər. İndi isə erməni xalqı Sarkisyan rejiminə son qoymaq istəyir. Onlar normal bir liderin hakimiyyətə gəlməsini tələb edirlər".
sia.az